"Qəzza zolağındakı münaqişə sona çatır və Fələstinin radikal HƏMAS hərəkatı razılaşmalara əməl edəcək".
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Qəzza Sülh Şurası Nizamnaməsinin imzalanması mərasimində bildirib.
"Qəzzadakı müharibə sona çatır. Çoxu deyirdi ki, HƏMAS vədlərinə əməl etməyəcək. Mən hesab edirəm ki, edəcək, onlar silahlarını yerə qoymalıdırlar", - deyə Tramp qeyd edib.