Medianews.az
İnəyin etdikləri gündəm oldu -
67 baxış

İnəyin etdikləri gündəm oldu - Alətlərdən istifadə edir - VİDEO 

Avstriyadakı bir fermada yaşayan Veronika adlı inək alətlərdən istifadə edə bilir. 

Medianews.az iflscience.com-a istinadən xəbər verir ki, inək kürəklərini qaşımaq üçün müxtəlif alətlərdən istifadə edir. 

İnək süpürgə, dırmıq və sadə uzun çubuqlarlardan istifadə edir. İnəyin sahibi, fermer Vitqar Vigele deyir ki, o, aləti görən kimi istifadə edir. Vigele bildirir ki, inək, bunu üç yaşında etməyə başlayıb. Hazırda onun 13 yaşı var. Veronika süpürgənin tüklü və tüksüz uclarını fərqləndirir və lazım olduqda onlardan istifadə edir. Beləliklə, o, həssas nahiyələrə yumşaq bir şəkildə toxuna bilir.

Bu, inəklərin alətlərdən istifadə etməsi ilə bağlı ilk elmi tədqiqatdır. Bununla belə, digər inəklərin və öküzlərin də oxşar şeylər etdiyini göstərən videolar var. Veronikanın müşahidələrindən sonra "Current Biology" jurnalında dərc olunmuş bir araşdırmada alimlər bu cür davranış inkişaf etdirmə qabiliyyətinin bu heyvanların təbiətində olduğunu söyləyirlər. 

Medianews.az

Bizə qoşulun