Medianews.az
“Samsung” smartfonları üçün zərərli tətbiqlər
60 baxış

“Samsung” smartfonları üçün zərərli tətbiqlər açıqlandı

“ZDNET” nəşrinin IT mütəxəsisləri “Samsung” smartfonlarından silinməli olan zərərli tətbiqləri açıqlayıb.

Trend xəbər verir ki, material nəşrin saytında dərc olunub.

Məlumata görə, “Samsung” telefonları çox sayda öncədən quraşdırılmış tətbiqlərlə təqdim olunur, lakin onlardan bəziləri əslində cihazın məhsuldarlığını zəiflədir və istifadəçilərə mənfi təsir göstərir.

İlk qeyd olunan tətbiq “Global Goals” olub. Bu, dayanıqlı inkişaf mövzusuna həsr edilmiş və ianə etməyə imkan verən proqramdır. Digər tətbiqlər sırasında isə “Samsung Free” göstərilib. Hansı ki, pulsuz video yayımları təqdim edən, lakin funksionallığı məhdud olan proqramdır.

“Samsung TV Plus” isə reklamla dəstəklənən pulsuz axın televiziya xidmətidir. Lakin "ZDNet" müəlliflərinin sözlərinə görə, burada demək olar ki, orijinal məzmun yoxdur, çünki "Samsung" televiziya şouları istehsal etmir və filmlər çəkmir. “Samsung Shop” isə "Samsung" cihazları üçün tətbiqlər təqdim edən xidmətdir və onu “Google Play” ilə əvəz etmək mümkündür.

Bizə qoşulun