Aİ-95 premium markalı benzinin 2024-cü ildə il bir tonun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci ilin ildə 9% azalaraq 856 (1455 manat) dollara düşüb.
1 ton Aİ 95 = 1333 litr = 1455 manat (idxal qiyməti)
1 litr = 1 manat 9 qəpik.
1 litrə 7 qəpik yol vergisi.
18% ƏDV.
Deməli belə: 2025-də idxal qiyməti 1 manat 9 qəpik, 7 qəpik yol vergisi, 19 qəpik ƏDV = 1 manat 35 qəpik. Satılır 1 manat 60 qəpiyə. Hər litrdən 25 qəpik qazanc.
Həcminə baxaq: Aİ-95 premium markalı avtomobil benzinin ixrac həcmi 2025-ci ilin ilk 11 ayında 128 min ton olub, yəni 170 milyon 624 min litr. Beləliklə, dekabr ayını çıxasaq, 2025-ci ilin 11 ayında premium benzinin inhisarçısı 42 milyon 656 min manat pul qazanıb.
Niyə inhisarçı deyirəm? Çox sadə, Aİ 95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, guya qiyməti bazar müəyyən etməlidir. Amma bazarda cəmi bir oyunçu var – SOCAR-ın törəmə şirkətləri, qiyməti də onlar müəyyən edir. Rəqabət olsaydı, hər litrinə 25 qəpik qazanc olan biznesə çox oyunçu daxil olmaq istərdi ki, bu da qiymətlərin enməsinə xidmət edərdi.
2025-ci ildə Aİ 95-in idxal qiyməti 9% ucuzlaşsa da, pərakəndə satış qiyməti ucuzlaşmayıb...
Natiq Cəfərli,
iqtisadçı