ABŞ Prezidenti Donald Tramp bütün dünyada sülhə nail olmağa ümid etdiyini və belə nəticənin "böyük miras" hesab olunduğunu bildirib.
Oxu.Az-ın xəbərinə görə, Tramp bu sözləri İsveçrənin Davos şəhərində keçirilən Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimində deyib.
"Biz bütün dünyada sülhü bərqərar etmək niyyətindəyik və bu, bizim hamımız üçün böyük bir miras olardı", - ABŞ prezidenti bəyan edib.