Medianews.az
Toyuna günlər qalmış faciəvi şəkildə öldü -
92 baxış

Toyuna günlər qalmış faciəvi şəkildə öldü - VİDEO

Türkiyənin Mersin şəhərində baş verən ağır yol qəzası bir ailəni yasa boğub.

Medianews.az xəbər verir ki, səhiyyə işçisi olan gənc qadın toy hazırlıqları gördüyü günlərdə yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Qəza şəhərdə böyük kədərə səbəb olub. Bildirilir ki, nişanlı olan qadının yaxın vaxtlarda toy mərasimi keçiriləcəkdi. Lakin baş verən faciə bütün planları alt-üst edib. Gənc səhiyyə işçisinin vəfatı həm ailəsi, həm də işlədiyi kollektiv tərəfindən dərin hüznlə qarşılanıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Medianews.az

Bizə qoşulun