Pakistanda sürüşmə nəticəsində 16 gün torpaq və daş yığınlarının altında qalan şaxtaçı xilas edilib.
Medianews.az xəbər verir ki, hadisə martın 31-i Rüstəm şəhərindəki Palo-Deri bölgəsində baş verib.
Mədənçi digər işçilərlə birlikdə yerin altında qalıb. Daha doqquz nəfəri xilas etmək mümkün olmayıb. Xilasedicilər bütün qurbanlar çıxarıldıqdan sonra axtarışı davam etdiriblər və kişini sağ halda tapıblar.
O, dərhal xəstəxanaya aparılıb və tibbi yardım alır.
Medianews.az