Hindistanda magistral yolda TikTok videosu çəkən bir qrupa avtomobil çırpılıb.
Medianews.az xəbər verir ki, Hadisə anı kameralara düşüb və görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Məlumata görə, yolun ortasında video çəkən şəxsləri sürətlə hərəkət edən avtomobil vurub. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Rəsmi qurumlar magistral yollarda video çəkilişlərin təhlükəli olduğunu və xəbərdarlıqlara baxmayaraq belə hadisələrin tez-tez baş verdiyini bildiriblər.
Medianews.az