Türkiyədə avtomobil idarə edərkən TikTok-da canlı yayım açan kişi qəza törədib.
Medianews.az xəbər verir ki, hadisə Muşun Bulanık rayonunda baş verib.
Qəzaya səbəb sürücünün avtomobili telefona baxarkən idarə etməsi olub.
Kişi həmin an "Aman Allah, ay Allah" deyərək baş verənlərə reaksiya verib. Hadisə yerinə tibb işçiləri və polislər cəlb olunub.
Medianews.az