Medianews.az
İşin yorğunluğuna tab gətirə bilməyib öldü -
60 baxış

İşin yorğunluğuna tab gətirə bilməyib öldü - "Sevgililər Günü"ndə

Rusiyada “Sevgililər günü”ndə spa mərkəzində çalışan 36 yaşlı masajist qadın işdəki yorğunluq səbəbindən vəfat edib.

Medianews.az xəbər verir ki, hadisə Sankt-Peterburqda baş verib.

İndoneziyalı qadın 14 fevralda müştərilərə fasiləsiz xidmət göstərdikdən sonra özünü pis hiss edib və masaj çarpayısında dincəlmək istəyib. O, ayağa qalxanda huşunu itirib. Qadın xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib.

Onun həmkarları, həmin gün işin çox olduğunu və masajçının yorğunluqdan şikayət etdiyini bildirib. Altı ay əvvəl pul qazanmaq məqsədilə Sankt-Peterburqa gələn indoneziyalı qadın rəsmi olaraq spa mərkəzində işləyirdi. Onun iki övladı var.

Medianews.az

Bizə qoşulun