Medianews.az
Təyyarə binaya ÇIRPILDI:
103 baxış

Təyyarə binaya ÇIRPILDI: ÖLƏNLƏR VAR

Braziliyanın Belo Horizonte şəhəri yaxınlığında tək mühərrikli Cessna/EMB-721 tipli təyyarə havaya qalxdıqdan dərhal sonra yaşayış binasına çırpılıb.

Medianews.az Ajans.az-a istinadən xəbər verir ki, təyyarə Pampulya hava limanından havaya qalxdıqdan az sonra pilot texniki nasazlıq barədə dispetçerlərə xəbər verib. Bundan sonra hava gəmisi sürətlə hündürlüyünü itirərək yaşayış binasına çırpılıb və binanın divarını deşib.

Qəza nəticəsində iki pilot həlak olub. Göyərtədə olan digər üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Bizə qoşulun