Medianews.az
Telefonu şarj edərkən etməməli olduğunuz
79 baxış

Telefonu şarj edərkən etməməli olduğunuz SƏHVLƏR

Mütəxəssislər smartfonların düzgün şarj edilməməsinin həm batareyanın ömrünü azaltdığını, həm də yanğın riski yaratdığını bildiriblər.

Medianews.az xəbər verir ki, onların sözlərinə görə, ən çox rast gəlinən səhvlərdən biri telefonu hər gecə uzun müddət enerji mənbəyinə qoşulu saxlamaqdır.

Ekspertlər zədələnmiş kabellərdən, keyfiyyətsiz və qeyri-original adapterlərdən istifadə etməməyi tövsiyə edir. Həmçinin bir rozetkaya həddindən artıq cihaz qoşmaq, telefonu şarj zamanı aktiv istifadə etmək və onu yataq, divan kimi yumşaq səthlərdə saxlamaq təhlükəli sayılır.

Bundan əlavə, cihazların günəş altında, avtomobildə və ya suya yaxın yerlərdə şarj edilməsinin batareyaya ciddi zərər verə və qısaqapanma riski yarada biləcəyi vurğulanıb. Mütəxəssislər telefonun düz və hava keçən səthdə şarj edilməsini məsləhət görürlər.

Medianews.az

Bizə qoşulun