Medianews.az
TƏBİB-də islahatlar başladı –
170 baxış

TƏBİB-də islahatlar başladı – Zeynal Bayramlı işdən ÇIXARILDI

TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov kadr dəyişikliklərinə başlayıb.

Medianews.az xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilovun cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin etdiyi həkim Zeynal Bayramlı işdən azad olunub.

Məlumata əsasən, qurumdakı digər müşavirlərin də ərizələri alınıb.

Məsələ ilə bağlı Bakupost.az-ın sorğusuna qurumun mətbuat xidmətindən cavab verilməyib.

Qeyd edək ki, Anar Bayramov aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.

Onun təyinatı qurumda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir./Bakupost.az /

Bizə qoşulun