Sosial şəbəkələrdə "Tarixin ən soyuqqanlı nokautu" başlığı ilə yayılan video qısa zamanda gündəmə çevrilib və milyonlarla baxış toplayıb.
Milli.Az xəbər verir ki, kadrlarda iki idmançının gərgin qarşılaşması əks olunub. Döyüş zamanı rəqibin ardıcıl və sərt zərbələrinə məruz qalan idmançı buna baxmayaraq sakitliyini qoruyur və geri çəkilmir. Onun soyuqqanlı davranışı izləyicilərin diqqətini xüsusilə çəkib.
Gözlənilməz an isə bir anda yaşanır. Təzyiq altında olan idmançı fürsəti düzgün qiymətləndirərək tək və dəqiq yumruq zərbəsi endirir. Həmin zərbə rəqibini dərhal nokauta salır və o, rinqə yıxılır.
Video yayılandan sonra istifadəçilər bu anı "dözümlülüyün və soyuqqanlılığın nümunəsi" adlandırıblar. Bəziləri isə bunun idmanda psixoloji üstünlüyün nə qədər vacib olduğunu bir daha göstərdiyini vurğulayıb.
Sözügedən kadrlar artıq idmansevərlər arasında ən çox paylaşılan videolardan birinə çevrilib.