Medianews.az
Tarixin ən isti günü: 40 nəfər suda boğularaq ölüb -
221 baxış

Tarixin ən isti günü: 40 nəfər suda boğularaq ölüb - FOTO

İyunun 23-ü Fransada havanın orta temperaturu 29,8 dərəcə olub. Bu, 1947-ci ildən bəri ölkədə qeydə alınan ən yüksək orta göstəricidir. Buna qədər sonuncu rekord 2019-cu ildə qeydə alınmışdı: 29,4 dərəcə.

Medianews.az xəbər verir ki, güclü istilər səbəbindən ölkənin 54 bölgəsində qırmızı xəbərdarlıq elan edilib.

Fransa Meteorologiya Xidmətinin (Météo-France) məlumatına görə, iyunun 23-ü Pissos qəsəbəsində temperatur 44,3 dərəcəyə, Bordo şəhərində isə 42,1 dərəcəyə çatıb.

Gecə temperaturu da ölkə üzrə orta hesabla 21,6 dərəcə olmaqla rekord səviyyəyə yüksəlib.

İsti hava səbəbindən sərinləmək üçün nəzarətsiz su hövzələrinə daxil olanların sayı artıb. Sebastyan Lekornu bildirib ki, iyunun 18-dən indiyədək, əksəriyyəti gənclər olmaqla, 40 nəfər suda boğularaq həyatını itirib.

Qeyd olunub ki, rekord istilər turizm obyektlərinin fəaliyyətinə də təsir göstərib. Eyfel qülləsi hər gün saat 16:00-da ziyarətçilərin üzünə bağlanır. Luvr Muzeyi də şənbə gününədək iş qrafikini dəyişərək saat 16:00-da bağlanacaq.

Medianews.az

Bizə qoşulun