Ölkə.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, artıq Krım administrasiyası benzin çatışmazlığını, elektrik kəsintilərini və normal fəaliyyətin bərpası üçün heç bir perspektivin olmadığını etiraf edir.
Pilotsuz Sistem Qüvvələrinin komandiri Robert Brovdi (Madyar) bildirib ki, əməliyyatın əsas məqsədi Kerç boğazından neft daşınmasını asanlaşdıran Rusiya donanmasının fəaliyyətini pozmaqdır.
Onun sözlərinə görə, əməliyyatın ilk on günündə Ukrayna qüvvələri Rusiya kölgə donanmasının 147 gəmisinə zərbə endirib ki, onlardan 117-si Azov dənizində fəaliyyət göstərirdi.
Brovdi 13 iyul tarixinə qədər boğazdan nəqliyyatın hərəkətinin dayandığını və Krıma neft tədarükünün minimum səviyyəyə endirildiyini bildirib.
Krım administrasiyasının rəhbəri Sergey Aksyonov problemlərin miqyasını faktiki olaraq təsdiqləyib.
"Biz nə yanacaqdoldurma məntəqələrində gündəlik benzin satışını təmin edə bilərik, nə də dəqiq yanacaq paylanması cədvəlləri təqdim edə bilərik", - deyə o bildirib.
Aksyonovun sözlərinə görə, Kremlin maliyyə dəstəyinə baxmayaraq, benzin qıtlığı bir müddət davam edəcək.
Aksyonov etiraf edib ki, elektrik təchizatı üçün dəqiq bir cədvəl olmayacaq.