Medianews.az
Argentinanın qələbəsinə 1,5 milyon dollar qoydu
132 baxış

Argentinanın qələbəsinə 1,5 milyon dollar qoydu

Dünya şöhrətli kanadalı reper Dreyk 2026-cı il dünya çempionatının finalında Argentinanın İspaniyanı əsas vaxtda məğlub edəcəyinə böyük məbləğdə mərc edib.

Medianews.az xəbər verir ki, reper Argentinanın qələbəsinə 1,5 milyon dollar pul qoyub.

Əgər Lionel Messinin rəhbərlik etdiyi komanda final görüşündə 90 dəqiqə ərzində qalib gələrsə, Dreykin ümumi qazancı 5 milyon dollardan çox olacaq.

Məlumata görə, mərc məşhur onlayn platformalardan biri üzərindən yerləşdirilib.

Qeyd edək ki, Dreyk idman mərc oyunlarına marağı ilə tanınır. O, daha əvvəl futbol, basketbol, boks və UFC yarışları ilə bağlı dəfələrlə yüksək məbləğdə mərclər edib. Lakin onun bəzi proqnozlarının uğursuz alınması idman azarkeşləri arasında hətta "Dreyk lənəti" ifadəsinin yaranmasına səbəb olub./Modern.az

Bizə qoşulun