Medianews.az
Sərxan Həşimov Avropa Şahmat İttifaqında
125 baxış

Sərxan Həşimov Avropa Şahmat İttifaqında YÜKSƏK VƏZİFƏYƏ SEÇİLDİ

Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib.

Medianews.az xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğuyla növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqına prezident seçilib.

Ardınca vitse-prezident vəzifəsinə seçkilər baş tutub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda üç vitse-prezident çalışacaq.

Qeyd edək ki, seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.

Bizə qoşulun