"Atletiko" hücumçu Xulian Alvaresin "Barselona"ya mümkün transferi ilə bağlı danışıqlara rəsmi olaraq son qoyub.
Medianews.az xəbər verir ki, klubun rəhbəri Migel Anxel Hil bildirib ki, argentinalı hücumçu müqaviləsindəki 500 milyon avroluq sərbəst qalma bəndini kimsə qüvvəyə mindirməsə, komandadan ayrılmayacaq.
"Klubun mövqeyini bilirsiniz. Xulian Alvares bizimlə qalır. Biz bunu oyunçuya, azarkeşlərə və "Barselona"ya çatdırmışıq. "Atletiko" onun üçün ən uyğun yerdir. Biz 100, 150 və ya 200 milyon avroluq təklifləri qəbul etməyəcəyik", - Hil bildirib.
Alvares özü əvvəllər karyerasını "Barselona"da davam etdirmək istədiyini gizlətməyib. Lakin Madrid klubu rəhbərliyinin mövqeyi dəyişməz olaraq qalır: komandanın aparıcı oyunçularından biri satılmır. (lent.az)