Medianews.az
Atamın adını daşıyan küçədə büstü yoxdur, dəfələrlə mən də, Rasim Balayev də müraciət etmişdi, amma...” -
176 baxış

Atamın adını daşıyan küçədə büstü yoxdur, dəfələrlə mən də, Rasim Balayev də müraciət etmişdi, amma...” - Həsən Seyidbəylinin oğlu + ÖZƏL

“Atamın əksər əşyaları və fotoları Dövlət Film Fondundadır. Əlbəttə ki, onun adına bir muzeyin yaradılması yaxşı olardı, amma bu haqda heç kim bir şey düşünməyib. Atamın adına şəhərdə küçə var.

“Bakısovet”-də həmin küçədəki evdə yaşayıb. Qapıda barelyefi də var. Müraciət etmişdik ki, o küçədə heç olmasa bir büstünü qoysunlar. Rasim Balayev də çox istəyirdi, o da sağlığında müraciət etmişdi, amma cavab gəlmədi. Bizdən yazıb xahiş etməkdir, amma qərarı aidiyyatı orqanlar verir. Bacımla dəfələrlə müxtəlif mövzularda müraciətlərimiz olsa da əfsuslar olsun ki, heç birinə müsbət cavab gəlməyib. Atam öz filmlərində yaşayır. Qalan şeyləri etsələr də sağ olsunlar, etməsələr də".

Bunu Medianews.az-a müsahibəsində Xalq artisti, görkəmli rejissor Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli deyib. O daha sonra bugünlərdə dünyasını dəyişən “Makedon” rolunun ifaçısı Aqil Ağacanovun yas mərasiminə qatılmadığını da bildirib:

“Mənim onunla əlaqəm olmayıb. Kinodan sonra 1-2 dəfə verilişlərdə görüşmüşük. Ondan sonra nə zəng etmişəm, nə də danışmışıq. Biz ayrı-ayrı dünyaların adamı idik. O kənd adamı idi, mən şəhər adamı. Bizim dostluğumuz da olmayıb. Amma bütün bunlara rəğmən mən onun yas mərasiminə getmək istəyirdim.

Əfsuslar olsun ki, ailəsinin və yaxınlarının əlaqə nömrəsini tapmadım ki, məclisin harada olmasını soruşum. Ölüm xəbərini də internetdən öyrəndim. Ailəsi ilə əlaqə tapsaydım zəng edib gedərdim. Amma bildiyim qədərilə sənət aləmindən heç kim iştirak etməyib. O bu sahədən çoxdan uzaqlaşmışdı” deyə sənətçi bildirib.

Qeyd edək ki, Ziya Seyidbəyli “Bizim Cəbiş müəllim” filmində Namiq obrazını canlandırıb.

Bizə qoşulun