Medianews.az
Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının
90 baxış

Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb

Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Bu barədə Medianews.az-a AFFA-dan məlumat verilib.

FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi edəcəyi 2026-cı ildəki Avropa çempionatında iş başında olacaq.

H.Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Bizə qoşulun