Medianews.az
Qalmaqallı QƏRAR:
67 baxış

Qalmaqallı QƏRAR: Yüzlərlə uşaqbaz AZADLIĞA BURAXILIR

Böyük Britaniyada təxminən 2500 məhbusun vaxtından əvvəl azadlığa buraxılması qərarı narahatlıqla qarşılanır. Buna səbəb onların arasında cinsi təcavüzə, o cümlədən uşaqbazlığa görə məhkum edilmiş yüzlərlə şəxsin də olmasıdır.

Medianews.az xəbər verir ki, 2500 məhbusu vaxtından əvvəl azadlığa buraxmaq qərarı Endi Börnhem baş nazir postuna gələndən qabaq verilib. 

Börnhem baş nazir postuna bu həftə əyləşib. 

Britaniyada dustaqlar cəzalarının üçdə ikisi hissəsini çəkəndən sonra azadlığa buraxıla bilərlər. Lakin ölkədə həbsxanalar dolduğuna görə cəzasının yarısını çəkmiş 2500 məhbusu da azad etmək qərara alınıb.

Onların sentyabrda azadlığa çıxacağı gözlənir.

Ölkənin Ədliyyə Nazirliyi artıq həmin dustaqların əməlindən ziyan görmüş, onların məhkəmə işlərində zərərçəkən kimi tanınmış 9000 nəfərə xəbərdarlıq məktubu göndərsə də, yeni baş nazir Endi Börnhem cinsi təcavüzə, o cümlədən uşaqbazlığa görə məhkum edilmiş şəxsləri dəmir barmaqlıqlar arxasında saxlamağın yollarını axtarır.
Britaniyada həbsxanalarda həddindən artıq sıxlıq yarandığından 2031-ci ilə qədər cəzaçəkmə müəssisələrində 14000 əlavə yerin yaradılması nəzərdə tutulur.

Medianews.az

Bizə qoşulun