Medianews.az
Havanın temperaturu 41 dərəcəyə çatacaq -
69 baxış

Havanın temperaturu 41 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Medianews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bizə qoşulun