Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir.
Medianews.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Sanae Takaiçi deyib.
O bildirib ki, iki ölkə arasındakı çətin münasibətlərə baxmayaraq, Yaponiya ərazi məsələlərini həll etməyə və sülh öhdəliyini yerinə yetirməyə sadiqdir. Baş nazir vurğulayıb ki, bu mövqedə heç bir dəyişiklik olmayıb.
Medianews.az