ABŞ-nin Luiziana ştatında səkkiz məhbus həbsxanadan qaçıb.
Teleqraf xəbər verir ki, bu barədə “Fox 8” telekanalı məlumat yayıb.
Bildirilib ki, qaçan şəxslərin hamısı ağır cinayətlərə görə məhkum olunmuş məhbuslardır. Hadisədən sonra onlardan üçü saxlanılaraq yenidən nəzarət altına alınıb. Daha beş nəfər isə hələ də axtarışdadır. Qaçan məhbusların yaşlarının 19 ilə 25 arasında olduğu qeyd olunur.
Luiziana ştatının baş prokuroru Liz Merrill açıqlamasında vəziyyəti diqqətlə izlədiyini və yerli şeriflə daimi əlaqədə olduğunu bildirib: "Hadisə ilə bağlı araşdırmalar davam etdirilir, təhlükəsizlik tədbirləri gücləndirilib".