Medianews.az
Venesuelada bütün siyasi məhbuslar əfv olunur -
62 baxış

Venesuelada bütün siyasi məhbuslar əfv olunur - Rodrigesdən amnistiya qərarı

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges siyasi məhbuslarla bağlı ümumi amnistiya qərarı imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"1999-cu ildən bu günə qədər bütün siyasi zorakılıq dövrünü əhatə edəcək ümumi əfv qanununun təşviqi qərarını elan etmək istəyirəm", - deyə Rodriges bildirib.

Rodriges amnistiyanın daha əvvəl Venesuela lideri Nikolas Maduro ilə müzakirə olunduğunu da qeyd edib.

Bundan əlavə, Rodriges Karakasdakı "Elikoide" həbsxana mərkəzinin bağlanması və onun yerində polis əməkdaşlarının ailələri, ətraf ərazilərin sakinləri üçün sosial, idman, mədəniyyət və ticarət mərkəzi yaradılması qərarını da açıqlayıb.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.

Bizə qoşulun