Medianews.az
Süni intellekt DÇ-2026-nın
98 baxış

Süni intellekt DÇ-2026-nın ən yaraşıqlı futbolçusunu seçdi

Süni intellekt DÇ-2026-da çıxış edən futbolçular arasında “ən yaraşıqlı oyunçu” reytinqini açıqlayıb.

Medianews.az xəbər verir ki, DreamGF şirkətinin apardığı araşdırmada 150 məşhur futbolçunun üz siması “qızıl nisbət” əsasında analiz edilib.

Nəticələrə görə, birinci yeri Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul tutub. İkinci pillədə Almaniya millisinin hücumçusu Kay Haverts, üçüncü yerdə isə İngiltərəli Nonni Madueke qərarlaşıb. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo isə siyahıda 45-ci yerdə göstərilib.

Qeyd edək ki, DÇ-2026 turniri 11 iyun–19 iyul tarixlərində Kanada, ABŞ və Meksikada keçirilir.

Medianews.az

Bizə qoşulun