Medianews.az
Azərbaycanın yarım illik xarici ticarəti
141 baxış

Azərbaycanın yarım illik xarici ticarəti

Azərbaycan 2026-cı ilin ilk yarısında 173 ölkə ilə ticarət əməliyyatı aparıb, 16,3 milyard dollarlıq ixrac, 8,3 milyard dollarlıq idxal qeydə alınıb.

Medianews.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Gömrük Komitəsi bildirir ki, ixracın 10,7 milyard dolları neft-qaz sektorunun, 3,6 milyard dolları qızılın, 14,3 milyon dolları elektrik enerjisinin payına düşüb. Qalan əsas ixrac məhsulları bu ardıcıllıqla sıralanır:

meyvə-tərəvəz – 493,9 milyon dollar;

kimya sənayesi məhsulları – 149 milyon dollar;

plastmas və ondan hazırlanan məmulatlar – 144,8 milyon dollar;

alüminium və ondan hazırlanan məmulatlar – 141,5 milyon dollar;

pambıq lifi – 126,6 milyon dollar;

şəkər – 71,9 milyon dollar;

qara metallar və onlardan hazırlanan məmulatlar – 59,3 milyon dollar;

alkoqollu və alkoqolsuz içkilər, sirkə – 32,1 milyon dollar;

iplik pambıq – 27,5 milyon dollar;

sement – 22,6 milyon dollar;

tərəvəz və meyvələrin emal məhsulları – 20,3 milyon dollar;

bitki və heyvan mənşəli piylər və yağlar – 17,3 milyon dollar;

çay – 3,8 milyon dollar.

Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri üzrə idxal 2 milyard 10,5 milyon dollar, yeyinti məhsulları üzrə idxal 1,3 milyard dollar, nəqliyyat vasitələri və onların hissələri üzrə idxal 1,1 milyard dollar göstərilib.

Əsas idxal məhsulları arasında bunlar da var:

qara metallar və onlardan hazırlanan məmulatlar – 560,1 milyon dollar;

plastmas və ondan hazırlanan məmulatlar – 283,6 milyon dollar;

əczaçılıq məhsulları – 252,4 milyon dollar;

geyim və geyim üçün ləvazimatlar – 196,4 milyon dollar;

oduncaq və ondan hazırlanan məmulatlar – 190,5 milyon dollar;

tütün və tütün məmulatları – 70,7 milyon dollar;

mebel və onun hissələri – 57,9 milyon dollar;

gübrələr – 50 milyon dollar;

qızıl – 15,2 milyon dollar.

Ticarət və ixrac tərəfdaşlarında İtaliyanın, idxal tərəfdaşlarında Çinin önə çıxdığı xəbər verilir.

Açıqlamaya əsasən, ixracın 6,2 faizi MDB ölkələrinə, 49,3 faizi Avropa İttifaqı ölkələrinə, 44,5 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 20,3 faiz, Avropa İttifaqının payı 15,4 faiz, başqa ölkələrin payı 64,3 faiz olub.

Qonşu ölkələrlə ticarət belə rəsmiləşib:

Türkiyə – 1,6 milyard dollar ixrac, 1,1 milyard dollar idxal;

Rusiya – 608,5 milyon dollar ixrac, 1,1 milyard dollar idxal;

Gürcüstan – 502,8 milyon dollar ixrac, 72,1 milyon dollar oradan idxal;

Qazaxıstan – 61,5 milyon dollar ixrac, 94,6 milyon dollar idxal;

Türkmənistan – 34,2 milyon dollar ixrac, 19 milyon dollar idxal;

Ermənistan – 17,1 milyon dollar ixrac, 0,96 min dollar idxal;

İran – 15,5 milyon dollar ixrac, 297 milyon dollar idxal.

Medianews.az

Bizə qoşulun