İtaliyalı mütəxəssis Antonio Konte İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn barədə yüksək fikirlər səsləndirib.
Medianews.az xəbər verir ki, Kontenin sözlərinə görə, Keyn yalnız mərkəz hücumçusu kimi deyil, həm də "10 nömrə" mövqeyində uğurla çıxış edə bilən universal futbolçudur.
"Harri əla hücumçudur, amma eyni zamanda "10 nömrə" kimi də oynaya bilər. O, meydanda necə hərəkət etməyi çox yaxşı bilir. Fantastik keyfiyyətlərə və yüksək texnikaya malikdir. Keyn əsl liderdir. Komanda yoldaşları daim onu axtarırlar və o, heç vaxt onların etimadını doğrultmur".
Qeyd edək ki, Keyn ötən klub mövsümündə "Bavariya"nın heyətində 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə edib. İngiltərə millisinin heyətində isə DÇ-2026-da keçirdiyi 6 matçda 6 qola və 1 məhsuldar ötürməyə imza atıb.
Medianews.az