Medianews.az
Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair
90 baxış

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026-30-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq olundu

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-30-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Medianews.az xəbər verir ki, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Habelə Daxili İşlər Nazirliyi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Bizə qoşulun