Medianews.az
İngiltərə – Argentina duelinin
94 baxış

İngiltərə – Argentina duelinin maraqlı statistikası

Bu gün DÇ-2026-nın yarımfinalında İngiltərə və Argentina milliləri üz-üzə gələcək.

Medianews.az xəbər verir ki, komandalar indiyədək ümumilikdə 15 dəfə qarşılaşıblar. Bu oyunların 6-da İngiltərə, 3-də Argentina qalib gəlib, 6 görüş isə heç-heçə başa çatıb.

Top fərqində də üstünlük ingilislərin tərəfindədir. İngiltərə Argentina qapısından 22 qol keçirib, Cənubi Amerika təmsilçisi isə rəqibinə 18 qol vurub.

Komandalar arasında keçirilən son beş qarşılaşmada İngiltərə iki dəfə qalib gəlib, üç oyun isə heç-heçə yekunlaşıb. Argentina isə bu müddətdə qələbə qazana bilməyib.

Qeyd edək ki, İngiltərə–Argentina yarımfinalının qalibi DÇ-2026-nın finalında İspaniya millisi ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun