Medianews.az
Tarixi rekord:
85 baxış

Tarixi rekord: Rodri hamını geridə qoydu

İspaniya millisinin yarımmüdafiəçisi Rodri DÇ-2026-da yeni rekorda imza atıb.

Medianews.az xəbər verir ki, Fransaya qarşı keçirilən və İspaniyanın 2:0 hesablı qələbəsi ilə başa çatan yarımfinal görüşündə Rodri 67 uğurlu ötürmə edib. Onun dəqiq ötürmə faizi isə 86,6 təşkil edib.

Beləliklə, "Mançester Siti"nin futbolçusu turnir ərzində etdiyi 655 dəqiq ötürmə ilə dünya çempionatları tarixində (statistikanın aparıldığı 1966-cı ildən bəri) ən yüksək göstəricinin müəllifi olub.

Rodri bu göstərici ilə mundial tarixinin ən dəqiq pas verən futbolçusu adına yiyələnib.

Medianews.az

Bizə qoşulun