Medianews.az
Mönyenin yeni klubu
97 baxış

Mönyenin yeni klubu məlum oldu

"Sanderlend" heyətini belçikalı müdafiəçi Toma Mönye ilə gücləndirib.

Medianews.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, "Lill"lə müqaviləsinin başa çatmasının ardından azad agent kimi "Sanderlend"ə qoşulub.

Mönye son iki mövsümü "Lill"də keçirib. Təcrübəli müdafiəçi karyerası ərzində PSJ-nin heyətində üç dəfə Fransa çempionu olub. O, DÇ-2026-da Belçika millisinin heyətində 3 oyunda da forma geyinib./Qol.az

Bizə qoşulun