İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olan Fransa millisinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Medianews.az-ın məlumatına görə, İbrahimoviç hesab edir ki, Didye Deşamın gedişindən sonra komandaya baş məşqçidən daha çox güclü menecer lazımdır və bu vəzifə üçün ən uyğun namizəd Zinəddin Zidandır.
"Zidan "Real"da möhtəşəm iş gördü və üç dəfə Çempionlar Liqasını qazandı. Düşünürəm ki, o, Deşamın qurduğu işi davam etdirəcək. Bu komandaya məşqçi yox, menecer lazımdır. Ən vacib məsələ futbolçuları düzgün idarə etmək və dəyişikliklərin vaxtını bilməkdir. Bu gün Fransa futbolçuları canlı və fəal görünmürdülər".
Qeyd edək ki, Didye Deşam dünya çempionatından sonra Fransa millisinin baş məşqçi postunu tərk edib. Yerli mətbuat Zinəddin Zidanın onun əsas varisi olacağını iddia edir.
Medianews.az