Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.
Medianews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.