Medianews.az
Şoyqunun keçmiş mətbuat katibi sensasion iddialar səsləndirdi
95 baxış

Şoyqunun keçmiş mətbuat katibi sensasion iddialar səsləndirdi

Rusiyanın Coğrafiya Cəmiyyətinin (RCO) keçmiş mətbuat katibi Dmitri Skorobutov təşkilatın fəaliyyəti, iri maliyyə layihələri və yüksək vəzifəli şəxslərin piar kampaniyaları ilə bağlı diqqətçəkən iddialar irəli sürüb.

Medianews.az xəbər verir ki, hazırda Rusiyanı tərk edən Skorobutov bildirib ki, 2011–2012-ci illərdə Rusiya Coğrafiya Cəmiyyətinin media komandası əsasən Sergey Şoyqunun tanıdılmasına xidmət edib.

Onun sözlərinə görə, təşkilat daxilində daim "Şoyqunun adı hər yerdə səslənməlidir" tapşırığı verilib və bütün media fəaliyyəti bu məqsədə yönəldilib.

Keçmiş mətbuat katibi iddia edib ki, Kreml rəhbərliyinin iştirak etdiyi bəzi ictimai tədbirlər əvvəlcədən hazırlanmış ssenari əsasında təşkil olunub. O bildirib ki, məşhur amfora tapılması səhnəsi əvvəlcədən qurulmuşdu və istifadə olunan amforalar muzeydən gətirilmiş eksponatlar olub.

Skorobutov daha bir iddiasında bildirib ki, belə layihələrdən birindən sonra Kremlin rəhbərliyi səviyyəsində iştirak edilən oxşar nümayiş xarakterli tədbirlər xeyli azalıb.

Onun sözlərinə görə, Rusiya Coğrafiya Cəmiyyətinin bəzi layihələrinə yüz milyonlarla rubl ayrılıb. Skorobutov Kızıl–Kuraqino dəmir yolu layihəsini misal çəkərək bildirib ki, bu layihəyə 600 milyon rubl xərclənsə də, sonda heç bir nəticə əldə olunmayıb.

Keçmiş mətbuat katibi, həmçinin iri dövlət şirkətləri və iş adamlarından Rusiya Coğrafiya Cəmiyyətinə ianələrin formal olaraq könüllü sayılsa da, əslində yüksək səviyyədən edilən müraciətlər nəticəsində toplandığını iddia edib.

O, sənədli film çəkmək üçün ayrılması nəzərdə tutulan 18 milyon rubl qrantın əldə edilməsi müqabilində vəsaitin 12 milyon rublunun "otkat" kimi geri qaytarılmasının tələb olunduğunu da bildirib./Musavat.com

Bizə qoşulun