Medianews.az
2 yaşlı uşağın gücü hər kəsi heyrətləndirdi –
160 baxış

2 yaşlı uşağın gücü hər kəsi heyrətləndirdi – "Çeşka"nı təkbaşına hərəkətə gətirdi - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə böyük marağa səbəb olub.

Medianews.az xəbər verir ki, kadrlarda təxminən 2 yaş yarımlıq (2 yaş 6 aylıq) azyaşlının fiziki gücü diqqət çəkir. Belə ki, uşaq neytral vəziyyətdə olan, el arasında "çeşka" kimi tanınan "Mercedes" markalı avtomobili arxadan itələyərək hərəkətə gətirməyi bacarıb.

Azyaşlının bu görüntüləri sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. İzləyicilər bunu uşağın qeyri-adi gücü kimi qiymətləndiriblər. 

Qısa müddətdə minlərlə baxış toplayan video izləyicilərin marağına səbəb olub və müxtəlif platformalarda sürətlə yayılıb.//Milli.Az 

Bizə qoşulun