Medianews.az
"Barselona" Kərim Adeyemini
105 baxış

"Barselona" Kərim Adeyemini TRANSFER ETDİ

Almaniyanın "Borussiya Dortmund" futbol klubunun hücumçusu Kərim Adeyemi karyerasını "Barselona"da davam etdirəcək.

Bu barədə İspaniya təmsilçisinin rəsmi saytında məlumat verilib.

Kataloniya klubu 24 yaşlı futbolçu ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

"Münhendə Nigeriya və Rumıniya əsilli ailədə dünyaya gələn Adeyemi "Barselona"nın heyətinə güclü və çoxşaxəli hücum potensialı qatacaq. O, karyerası ərzində həm cinahlarda, həm də mərkəz hücumçusu kimi oynamaq bacarığını nümayiş etdirərək, yüksək sürətini güclü sol ayağı ilə birləşdirib", - deyə klubun rəsmi bəyanatında bildirilir.

Qeyd edək ki, Adeyemi ötən mövsüm Almaniya çempionatında 28 qarşılaşmada iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əlavə, hücumçu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 9 oyunda üç dəfə fərqlənib və iki qol ötürməsi verib.//Oxu.Az

Bizə qoşulun