Türkiyənin Manisa şəhərində sərnişin avtobusu ilə yük maşını toqquşub.
Medianews.az-ın məlumatına görə, qəza iyulun 23-ü günorta Manisa-Turqutlu avtomobil yolunun Karaoğlanlı yolayrıcında baş verib.
Karaoğlanlı istiqamətindən Manisaya qayıdan sərnişin avtobusu yolayrıcında yük maşınına çırpılıb.
Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım heyəti göndərilib.
Medianews.az