Kartofun zərərli qida olduğu barədə yayılmış fikir həmişə doğru deyil. Mütəxəssislər bildirirlər ki, düzgün hazırlandıqda bu tərəvəz beyin sağlamlığı üçün faydalı ola bilər.
Medianews.az xəbər verir ki, diyetoloqlar Roksana Ehsani və Nadya Abadanın fikirlərinə görə, kartof karbohidrat, lif, zülal, kalium, B6 vitamini, niasin və mislə zəngindir. Bu maddələr beyni enerji ilə təmin edir və onun normal fəaliyyətini dəstəkləyir.
Mütəxəssislər qeyd edirlər ki, kartofun zərərli hesab olunmasının əsas səbəbi onun çox vaxt qızardılmış və ya yüksək kalorili əlavələrlə hazırlanmasıdır.
Bununla yanaşı, bəzi kartof növləri daha faydalıdır. Bənövşəyi kartof güclü antioksidant olan antosianlarla zəngindir və beyin hüceyrələrini qoruyur. Sarı və narıncı kartof isə karotinoidlər ehtiva edir. Bu maddələr idrak funksiyalarını yaxşılaşdırır, beyin hüceyrələrini zədələnmədən qoruyur və qocalma prosesini ləngitməyə kömək edir.
Medianews.az