25 yaşlı brazilyalı influenser Maria Rita valideyn evində anasına makiyaj edərkən qəfil ürək dayanmasında həyatını itirib.
Medianews.az xəbər verir ki, bununla bağlı ailəsi social mediada paylaşım edib.
Ailəsinin dediyinə görə, Maria Rita nəfəs almaqda çətinlik çəkib və yıxılıb.
Təcili tibbi yardım onu xəstəxanaya aparsa da, ambulansta ürəyi dörd dəfə dayanıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Məlumatda qeyd olunub ki, Maria akut miyokard iskemisi (ürək əzələsinin oksigen çatışmazlığı) və pulmoner tromboemboli (ağciyər arteriyasının laxta ilə tutulması ) keçirib və heç bir dərman istifadə etməyib. Ailə sosial mediada bütün detalları paylaşaraq gənc influencerin qəfil və təəssüf doğuran ölümünü açıqlayıb.
Medianews.az

