Medianews.az
SON DƏQİQƏ: Tanınmış jurnalist SAXLANILDI -
105 baxış

SON DƏQİQƏ: Tanınmış jurnalist SAXLANILDI - FOTO

Türkiyəli jurnalist Kayhan Ayhan barəsində "açıq şəkildə yanlış məlumat yaymaq" ittihamı ilə cinayət işi çərçivəsində tədbir görülüb.

Kayhan Ayhan İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya işi ilə bağlı hazırladığı xəbərlər və sosial media paylaşımlarına görə aparılan istintaq çərçivəsində saxlanılıb.

Məlumata görə, jurnalist Silivridə aparılan İBB korrupsiya işi ilə bağlı araşdırma çərçivəsində nəzarətə götürülüb. Onun dərc etdiyi xəbərlər və sosial media paylaşımları istintaq materiallarına daxil edilib.

Kayhan Ayhan Vətən küçəsində yerləşən İstanbul Polis İdarəsində prosedurlar başa çatdıqdan sonra Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb.

Prokurorluqda ifadə verdikdən sonra jurnalist "açıq şəkildə yanlış məlumat yaymaq" ittihamı ilə həbs olunması tələbi ilə növbətçi Sülh Cinayət Məhkəməsinə göndərilib.

Jurnalistin barəsində hansı qərarın veriləcəyi ilə bağlı məhkəmənin qərarı gözlənilir./Musavat.com/

Gazeteci Kayhan Ayhan gözaltına alındı

Bizə qoşulun