Medianews.az
Qazaxıstanda bütün aviareyslər dayandırıldı
111 baxış

Qazaxıstanda bütün aviareyslər dayandırıldı

Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən "Manas" Beynəlxalq Hava Limanında baş verən insident səbəbindən uçuşlar müvəqqəti dayandırılıb.

Bu barədə "AKİpress" məlumat yayıb.

Bildirilib ki, "TezJet" aviaşirkətinə məxsus Boeing 717 təyyarəsi havaya qalxarkən arxa şassilərindən birində nasazlıq yaranıb. Hadisə nəticəsində uçuş-enmə zolağına təyyarənin hissələri səpələnib, həmçinin aviasiya yanacağı dağılıb.

Buna görə də hava limanı ərazidə təmizləmə və təhlükəsizlik işləri başa çatanadək bütün uçuşların qəbulunu və yola salınmasını dayandırıb. Sonradan hava limanının yerli vaxtla saat 22:00-dək bağlı qalacağı açıqlanıb.

Məlumata əsasən, təyyarənin göyərtəsində 181 sərnişin və 6 ekipaj üzvü olub. Onların hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində ağır xəsarət alan olmayıb, yalnız bir neçə nəfərə yerində tibbi yardım göstərilib./BAKU.WS 

Bizə qoşulun