Medianews.az
“Seltik” “Qarabağ”la
123 baxış

“Seltik” “Qarabağ”la razılaşdı

Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferi ilə bağlı razılıq əldə edib.

Medianews.az xəbər verir ki, bu barədə Şotlandiyanın “The Herald” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Qlazqo təmsilçisi 24 yaşlı kolumbiyalı futbolçunun keçidi üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) ödəyəcək. Bu məbləğlə bağlı iddia təsdiqini tapsa, Duran "Qarabağ" tarixində satılan ən baha oyunçu olacaq.

Daha öncə Britaniya mediası transfer baş tutacağı halda “Seltik”in “Qarabağ”a 3,5 milyon funt ödəcəyini yazmışdı./Qol.az

Bizə qoşulun