Argentina millisinin baş məşqçisi Lionel Skaloni İspaniya yığmasının baş məşqçisi Luis de la Fuenteni komandasının DÇ-2026-nın finalına yüksəlməsi münasibətilə təbrik edib.
Medianews.az xəbər verir ki, Skaloni de la Fuentenin bu uğura layiq olduğunu bildirib və onun həm peşəkar, həm də insani keyfiyyətlərini yüksək qiymətləndirib.
"Luis adına çox sevinirəm. O, buna layiqdir. Çox gözəl insandır və hər zaman mənə dəstək olub. Onun komandasında gördüyümüz futbol hər bir məşqçinin arzuladığı oyundur. İndi isə görək, İngiltərəni keçə biləcəyikmi və finalda qarşılaşacağıqmı. Əgər finalda üz-üzə gəlsək, ona zəng etməyəcəyəm. Finala çıxa bilməsək, o zaman zəng edib öz təcrübəmizi bölüşərəm. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq və finala qədər zəngə ehtiyac qalmayacaq".
Qeyd edək ki, Argentina millisi bu gün DÇ-2026-nın yarımfinalında İngiltərə ilə üz-üzə gələcək. Bu cütün qalibi finalda İspaniyanın rəqibi olacaq.
Medianews.az