İrlandiya millisinin sabiq kapitanı Roy Kin DÇ-2026-nın yarımfinalında keçiriləcək İngiltərə–Argentina qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.
Medianews.az-ın məlumatına görə, Kin hesab edir ki, İngiltərə yığması Argentina qarşısında çətinlik çəkəcək və finala yüksələ bilməyəcək.
"Düzünü desəm, düşünürəm ki, İngiltərə Argentina ilə bacarmayacaq. Fransa ilə oyunda da olduğu kimi. İspaniyaya qarşı bəlkə şansları olardı. Amma burada çoxlu amillər var. Gərgin mübarizədə Argentina mütləq öz yolunu tapacaq".
Qeyd edək ki, İngiltərə–Argentina yarımfinalının qalibi finalda daha əvvəl Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya ilə qarşılaşacaq. Görüş iyulun 15-də Atlantadakı "Mercedes-Benz Stadium"da keçiriləcək.
Medianews.az