Medianews.az
Azərbaycan və Türkiyə tədbirə
106 baxış

Azərbaycan və Türkiyə tədbirə ev sahibliyi edəcək

COP29 Sədrliyi və qarşıdan gələn COP31 Sədrliyi 22-23 iyul tarixlərində Azərbaycanda görüşəcək. 

Medianews.az xəbər verir ki, görüş Şamaxı şəhərində keçiriləcək.

Beləliklə, Bakı və Ankara BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının (UNFCCC) danışıqlar qruplarının sədrlərini və nümayəndə heyətlərinin rəhbərlərini bir araya gətirən yüksək səviyyəli tədbirə birgə ev sahibliyi edəcək.

Bu qeyri-rəsmi toplantı, COP 31-dən əvvəl açıq dialoqu asanlaşdırmaq, etimad yaratmaq və iqlim tədbirləri üzrə kollektiv səyləri inkişaf etdirmək üçün platforma rolunu oynayacaq.

Bizə qoşulun