Medianews.az
Şirvanda yanğın baş verdi
67 baxış

Şirvanda yanğın baş verdi

Şirvan şəhərində açıq ərazidə yanğın hadisəsi baş verib.

Bu barədə Medianews.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın baş verən əraziyə dərhal FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsinin və ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bizə qoşulun