Medianews.az
Setyen Pedrini tənqid etdi:
78 baxış

Setyen Pedrini tənqid etdi: "Millidənsə, klubda daha yaxşıdır"

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen yarımmüdafiəçi Pedrinin İspaniya millisinin heyətindəki oyunundan danışıb.

Medianews.az xəbər verir ki, mütəxəssis Pedrinin klubda daha effektli olduğunu iddia edib: "Rəqiblər qapı ağzına qapananda Rodri, Fabian və digər futbolçularda dar məkanda kəsici ötürmələr vermək bacarığı çatışmır. "Barselona"da Pedri ətrafındakı partnyorları ilə xeyli yaxşı anlaşır, nəinki burada. Fabian və Rodri bəzən incə oynaya bilsələr də, onlarda avtomatizmə çevrilmiş mexanizmlər yoxdur".

Qeyd edək ki, DÇ-2026-da mübarizəni davam etdirən İspaniya millisinin heyətində Pedri əsas fiqurlardan biri hesab olunur.

Medianews.az

Bizə qoşulun