Medianews.az
Serenay Sarıkaya sərbəst buraxıldı
117 baxış

Serenay Sarıkaya sərbəst buraxıldı

Türkiyədə tanınmış simalara qarşı narkotik vasitələrin istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan aktrisa Serenay Sarıkaya sərbəst buraxılıb.

Medianews.az xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.

Bakırköy Respublika Prokurorluğu tərəfindən narkotik və ya psixotrop maddə istifadəsi ilə bağlı başladılan istintaq davam edir. İstintaq çərçivəsində ötən həftə haqqında saxlanılma qərarı verilən, lakin ölkə xaricində olduğu üçün tutula bilməyən Serenay Sarıkaya Türkiyəyə qayıtdıqdan sonra nəzarətə götürülüb.

Jandarmadakı ifadə proseduru tamamlandıqdan sonra aktrisa Şişli Hamidiye Etfal Tədris və Araşdırma Xəstəxanasında tibbi müayinədən keçirilib. Daha sonra Ədli Tibb Qurumuna aparılan Sarıkaya narkotik testi üçün saç və qan nümunəsi təqdim edib. Prosedurlar başa çatdıqdan sonra o sərbəst buraxılıb.

Aktrisa ötən həftə saxlanılma qərarından sonra verdiyi açıqlamada planlaşdırılmış xarici səfərdə olduğunu, ən qısa zamanda ölkəyə qayıdaraq bütün hüquqi prosedurları yerinə yetirəcəyini bildirmişdi.

Qeyd edək ki, istintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonları, eləcə də Muğlada ümumilikdə 25 ünvana eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı 25 şübhəli barəsində axtarış və saxlanılma tədbirləri həyata keçirilib.

Araşdırma çərçivəsində prokurorluğun həbs tələbi ilə məhkəməyə göndərdiyi tanınmış həkim Mehmet Rahşan də həbs olunub.

 Medianews.az

 

Bizə qoşulun